Ermənilərlə birgə yaşaya biləcəyik? Aygün Həsənoğlu ilə müsahibə

 

Aygün Həsənoğlu az yazıçı dramaturqlardandır ki, itirilmiş torpaqların geri alınacağına ümidin ən az olduğu vaxtlarda belə o, zəfər gününün yetişəcəyini qətiyyətlə bildirirdi, əsərlərində həmin zamanı belə göstərirdi. Onun bütün yaradıcılığı Qarabağ həsrətinə həsr olunub desək, yanılmarıq…

 

Uşaqlıqda belə bir əfsanə eşitmişdim: Tanrı millətlərə torpaq paylayırmış. Bütün millətlər itələşə-itələşə gəlir öz torpaq payını alıb gedir. Tanrı görür ki, biri boynunu büküb kənarda gözləyir. Soruşur ki, sən kimsən? Cavab: bu günün dili ilə desək – azərbaycanlı. Sual: nəyi gözləyirsən? Cavab: mən də torpaq payımı almağa gəlmişəm. Sual: Bəs niyə almadın, torpaq bitib axı. Cavab: Mən düşündüm ki, qoy hər kəs öz payını alsın, mənə də nəsə qalar da. Tanrının bu cavab o qədər xoşuna gəlir ki… deyir, torpaq qurtarıb. Amma sənin o səbrin, dözümün o qədər xoşuma gəldi ki, mən özümçün saxladığım torpağı sənə verirəm, amma qədrini bil. Gördüyünüz kimi, biz də qədrini bilmişik! 34 dəfə parçalanıb Azərbaycan. Bakı sözünün mənalarından biri tanrı şəhəri, məkanı deməkdir. Yəni, üstündə oturduğumuz torpağın dəyərini, qiymətini bilməyincə, cəzalara məhkumuq.

 

– Qarabağda müharibə başlayandan hər kəsin dilində Şuşadır. Niyə məhz Şuşa? Onu bu qədər önəmli edən amil nədir?

 

– Şuşa Azərbaycan üçün həm strateji əhəmiyyət daşıyır. Qarabağda erməni əhalisinin sayı süni surətdə artırılarkən Şuşanı dəyişə, toxuna bilməmişdilər. Ümumiyyətlə, Şuşa Azərbaycanın ruhudur. Qarabağın canı Şuşadır. Onun işğalı həm də ona görə təsirli idi ki, Şuşa coğrafi mövqeyinə görə alınmaz qala idi. Onun asanlıqla yenilməsi insanların qəlbində sağalmaz yaraya çevrilmişdi.  Bilmirəm niyə, amma Şuşa gedəndən bu günə kimi yuxularımda həmişə Şuşanı gördüm, baxmayaraq ki, heç vaxt orada olmamışam. Həmişə Şuşa üçün döyüşdüm yuxularımda. Çox qəribədir ki, məhz Şuşa üçün! Yuxularımda Şuşa üçün əl açıb diləndim, ağlayıb qışqırdım. Onları indi yadıma salanda tüklərim ürpərir. Şuşanın azad edilməsi Azərbaycan xalqı üçün başqa bir sevincdir.

 

–  Qarabağla birgə Azərbaycanın gələcəyi necə görünür?

 

–   Çox parlaq və çox işıqlı gələcək gözləyir Azərbaycanı. Çünki ərazi bütövlüyün təmin etmiş bir dövlətin dünya siyasətində sözü və yeri olar. Neft gəlirləri, türk dünyası ilə Türkiyə və Avropa arasında, eyni zamanda Rusiya ilə Türkiyə arasında bir qapı rolunu daşıması Azərbaycanı indiyə kimi dünyada sözü keçən bir ölkə səviyyəsinə gətirməli idi. Lakin ərazi bütövlüyümüzün təmin olunmaması bizi bu səviyyədən məhrum etmişdi. Bu gündən sonra Azərbaycan artıq öz sözünü deyən, torpağını, haqqını və hüququnu qoruya bilən, öz ərazi bütövlütünü təmin etmiş güclü dövlət olaraq dünya siyasət meydanına girəcəkdir. İkinci tərəfdən torpağı bütün olmayan bir millətin ruhu da bütün olmur. Həmişə o fikri vurğulamışam ki, millətin ruhunun bütöv olması üçün torpaqların geri alınması vacibdir. Son illər ölkə insanının xarakterində yaranan çöküntülər, mənəvi aşınmalar, əxlaqsızlıq elə bir səviyyəyə gəlib çatdı ki, əxlaqlı insanlar əxlaqsızlara həsəd aparmağa başladılar. Təmiz insanlar natəmiz insanların həyatına həsəd apardılar. Bütün bunlar bizim müharibədəki məğlubiyyətimizin nəticəsi idi. Bu ölkədə kişilər özlərinə inamı itirmişdilər, qadınlar isə üzünümüdafiə hissini gücləndirmişdilər. Nəticədə cəmiyyətdə qadınlarla kişilər, ailə fərdləri arasında, eləcə də dövlətlə xalq arasında tarazlıq pozulmuşdu. Xalq torpağın bütövlüyünü tələb edirdi, dövlət isə bunu təmin edə bilmirdi, buna görə də dövlət məmurları müxtəlif vasitələrdən istifadə edərək bu tələbi irəli sürən insanları susdurmağa üstünlük verirdilər. Bəzi rüşvətxor məmurlar da vəziyyətdən istifadə edərək həm xalqı, həm də dövləti soyurdular. Hesab edirəm ki, qaranlıq boşluqlar ortadan qaldırıldıqdan sonra ölkədə bütün qanunlar da öz yerini alacaq, ölkədə dövlət sistemi öz yerinə oturacaqdır. Və nəhayət Azərbaycan xalqı öz müstəqilliyinin şirin dadını hiss edəcəkdir. Mən bir vətəndaş olaraq bütün bu 30 il ərzində arxamda nə dövlət görmədim, nə müstəqilliyimizdən bəhrələnə bilmədim, nə dövlətin gəlirlərindən bir pay almış bir insan olmadım. Amma məndən sonrakı nəsil bunu yəqin ki dadacaq, hiss edəcək. Bundan sonra Azərbaycanda bütün sahələrdə quruculuq dönəmi başlayacaq.  Çünki işğaldan azad olunmuş ərazilərin bərpası ilə əlaqədar işsizliyə də son qoyulacaq. Güman ki, Neft Fondundan bu işlərə də vəsait ayrılacaq və vəsaitin paylanmasına xalq özü də nəzarət edəcək. Xalqın dövlət üzərində nəzarəti, dövlətin də xalq üzərində qayğısı artacaq. Buna əmin olmaq istəyirəm.

 

–  Ermənilərlə birgə yaşaya biləcəyik? Və ya Qarabağda yaşayacaq ermənlərə erməni faşizminin sirayət etməyəcəyinə kim zəmanət verəcək?

 

–  Çox çətin sualdır. Çünki bunun biz Qarabağda tarixi təcrübəsini gördük. Ermənilərin içində daim “böyük Ermənistan” ideyalarının cücərməsinə və mənfi  formada alovlanmasını birbaşa idarə edən və yönəldən qüvvələr var. Lakin hesab edirəm ki, Dağlıq Qarabağdakı ermənilərin təxminən 80 faizi geri dönməyəcək. İllər öncə Birinci Qarabağ müharibəsi zamanı Əskəran rayonunun Xanabad kəndində Səkinə Xəlilovanın uşaqlarını evində yandıran qonşu qadın Siranuş Sərkisyanla bağlı məqalə yazmışdım. Qonşu erməni qadın üç nəfər başqa erməninin köməyi ilə Səkinə Xəlilovanın evini uşaqlarla birlikdə yandırmışdı. Uşaqların ikisi təmamilə yanıb külə dönmüşdü, yalnız birini ana xilas edə bilmişdi. İndi siz deyin görək Siranuş Sarkisyanla bu ana birlikdə yaşaya bilərmi? Təbii ki, mümkün deyil. Bunun qarşısında Azərbaycanın şərti olmalıdır. Dağlıq Qarabağda Azərbaycana qarşı cinayət törətməmiş ermənilər qəbul edilməlidir. Təbii ki, geri qayıtmaq istəyənlər, min sifətə düşərək Azərbaycanın neft gəlirlərindən yararlanmaq istəyən ermənilər olacaq, Azərbaycan istər istəməz erməni əsilli vətəndaşlarına qayğı göstərəcək. Dövlət cinayət törətmişləri müəyyənləşdirib cinayət məsuliyyətinə cəlb etməlidir. Bu çox ciddi məsələdir və bunun müxanizmi işlənib hazırlanmalıdır. Hesab edirəm ki, geri qayıdacaqlar arasında yenə “Qarabağ bizimdir” deyən millətçilər olacaq. Təəssüf edirəm ki, hələ də bizim tarix və arxeologiya institunun alimləri hələ də Qarabağın alban aran abidələrinin ermənilərə məxsus olmadığı barədə ciddi sənədləri sistemli şəkildə ortaya qoymayıblar. İnternetdə bu abidələr haqqında çox qarmaqarışıq informasiyalar mövcuddur. Bəli, ayrı ayrı kitablar var, amma sistemli deyil. Yəni Qarabağ torpaqları üzərində tarixi haqqımızı hüquqi və tarixi cəhətdən əsaslandırılmalıdır.

 

Erməni faşizminin sirayət etməyəcəyinə kimsə qarantiya verə bilməz. Bunu yox etmək üçün bütöv bir nəsli yenidən tərbiyələndirmək və yetişdirmək lazımdır. Bunun üçün isə uşaqlarla valideynləri ayrı tutmaq gərəkdir ki, bu da mümkün deyil. Erməni xalqı alman xalqı deyil. Faşizm Almaniyanın dövlət siyasətinə çevrildi, amma bu günki almanların yalnız kiçik qrupunun içində o faşizm var. Erməni xalqının içində isə faşizm kilsə vasitəsilə yayıldığına görə qarantiyası yoxdur.

 

– Qarabağ qayıtdıqdan sonra Güney Azərbaycanın, Zəngəzur və Göycənin taleyinə ümid varmı?

 

–  Çoxları beş il əvvələ qədər Qarabağın qayıdacağına da ümidini itirmişdi. Mən illərlə Qarabağın geri alınacağına insanları inandırmaqla məşğul olmuşam. Bu gün isə biz bu tarixi yaşayırıq. Eyni inamla deyirəm ki, Zəngəzuru da geri alınacaq, Güney Azərbaycanla da birləşəcəyik. İnşallah o günü görmək mənə də qismət olar. Göycə və Rəvanın taleyini Azərbaycan beynəlxalq miqyasda danışıqlar stoluna və müzakirələr masasına gətirməlidir. Azərbaycan beynəlxalq aləmdə bu sahədə ciddi təbliğat mexanizmi qurmalıdır. Bütün olacaqları bizim fəaliyyətimiz yaradır. Necə ki, 30 il bu xalq əslində Qarabağ üçün günü gündən içində bir həsrət, bir acı böyütdü. Rəvan, Göycə ağrısını da elə böyüdərsə, o arzu reallaşacaq. Hesab edirəm ki, Zəngəzura daha tez qovuşa bilərik, Rəvan və Göycə isə Güney Azərbaycan məsələsinin alovlanmasından sonra olacaqdır. Buna əminəm. Bölgədə Azərbaycanın böyük bir güc olacağına inanıram. Bir xalq qələbəni beynində, zehnində, şüuraltında canlandırarsa, o olacaq. Belə nəzəriyyə də var ki, həyatımızda baş verənləri özümüz yaradırıq. Biz xalq olaraq bir nəfər kimi Qarabağda qələbəyə odaklandıq və döyüşdə qalib gəldik. Yəni, bu döyüşdə qalib gələn təkcə silahlar deyil, həm də xalqın ruhudur. Biz erməni və farsın əlindən düşən Qarabağ silahını qaldırmalıyıq. Bu da Azərbaycanın tarixi bütövlük məsələsidir, İnşaallah ki, o gün uzaqda deyildir.

 

Ülviyyə Tahirqızı

 

Basta