MSK təmsilçisi namizədə: “Qadınsan, get bozbaşını bişir”

Məzahir Pənahov: Jalə Bayramova qabaqdangəlmişlik edir ki, guya onu döyüblər
Qubad İbadoğlu: “Döyənə yox, döyülənə qarşı iş açmaq siyasi sifariş göstəricisidir”
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 9 fevral parlament seçkiləri günü məntəqədə döyülən Jalə Bayramovadan danışıb.
Məzahir Pənahov deyib ki, digər xanım müşahidəçiyə onu çəkməməsi barədə xəbərdarlıq edir. Ancaq Jalə Bayramova çəkməyə davam edir. Belə olan halda mübahisə düşür:
“Mübahisədən yaranan həmin görüntü belə yayılıb. Ancaq onlar bütün dünyaya yayıblar ki, həmin xanımı döyüblər, şikayət ediblər. Bu, bütün dünyaya dezinformasiya yaymaqdır. Çünki vətəndaşın hüququ var ki, onu kimsə çəkməsin. Çəkilən qadın hüquq-mühafizə orqanlarına müraciət edib. Həmin xanımı qanunla cəzalandıracaqlar. Ona görə də qarşı tərəf qabaqdangəlmişlik edir ki, guya onu döyüblər”.
Jalə Bayramovanın atası, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyir ki, bu, Azərbaycan adlı ölkədə daha bir “ədalət” nümunəsidir:
“Döyənə yox, döyülənə cinayət işi açırlar. Əvvəla onu deyim ki, MSK sədrinin digər xanım adlandırdığı Azadə Kərimova həmin məntəqədə seçici deyil. Ümumiyyətlə, onun məntəqədə mövcudluğu faktı qanunsuzdur. İkincisi, Jaləni DSK sədri Mübariz Əmirov “bunu çək, onu çək” – deyə, çəkməyə dəvət edib. Çəkiliş isə küçədə yox, seçki məntəqəsində olub. Nəhayət, Jalə vəhşicəsinə döyülüb. Ona qarşı fiziki zor faktı göz qabağındadır. Hətta bu, videonu izləyənləri də hiddətləndirib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir