YAP-ın deputatlığa namizədi həbs olundu

Dövlət Təhlükəsizlik Xidməti Neftçalada xüsusi əməliyyat keçirib və başda icra başçısı olmaqla bir neçə vəzifəli şəxs həbs olunub. 
“Yeni Sabah” xəbər verir ki, saxlanılanlar arasında Neftçalanın icra başçısının müavini Gültəkin Sadıqova da var.
G.Sadıqova bu il keçirilən seçkilərdə deputatlığa namizəd olub. O, fevralın 9-da baş tutan növbədənkənar parlament seçkilərində 61 saylı Neftçala seçki dairəsindən mandat uğrunda mübarizəyə qatılıb.
Gültəkin Sadıqovanın namizədliyi hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir