Rəsmi statistikaya inanaq, inanmayaq?

Rəsmi açıqlamaya görə, bu ilin noyabrında illik inflyasiya Azərbaycanda 2,6 faiz təşkil edib.
Bəs görək Dövlət Statistika Komitəsinin bu açıqlamasına iqtisadçılar, siyasətçilər necə baxır?
“Azərbaycanda statistikanın siyasiləşməsi şübhə doğurmur”
İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna deyib ki, Azərbaycanda rəsmi statistik göstəriclərin reallığı əks etdirməsi şübhəlidir: “Çünki, Azərbaycanda statistikanın siyasiləşməsi heç kəsdə şübhə doğurmur. Bu da ondan irəli gəlir ki, alternativ mənbələr olmadığından Dövlət Statistika Komitəsi bu sahədə yeganə orqana çevrilib. Bu da mütəxəssislərdə və sadə insanlarda ciddi suallar doğrur. Reallıqla rəqəmlər arasında həmişə ciddi fərq özünü göstərir. Bu tək inflyasiya ilə bağlı deyil, istənilən rəqəmlərlə bağlı ciddi suallar yaranır. Yəni, statistikanın siyasiləşməsi və siyasi konyukturaya uyğun olaraq açıqlanması Azərbaycanda pis ənənə halını alıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir