Müsavat Partiyası Qaradağ rayon təşkilatı konfrans keçirdi.

Bu gün Müsavat Partiyası Qaradağ rayon təşkilatının XV konfransı keçirilib.

Partiyanın təşkilat şöbəsindən “Basta”ya daxil olan məlumata görə, konfransda gizli səsvermə yolu ilə təşkilatın yeni rəhbərliyi formalaşıb.

Qədim Soltan Qaradağ rayon təşkilatına sədr seçilib. Həmçinin Nəzarət Təftiş Komisiyası və 15 nəfərdən ibarət Şura üzvüləri seçilib.

Müsavat başqanının müavini Səxavət Soltanlı konfransda iştirak edib.

Səxavət Soltanlı təşkilatın qarşısında duran məsələlər barədə geniş məruzə edərək, tam tərkibdə  formalaşmış struktura və təşkilat üzvülərinə xüsusi tapşırıqlar verib.

Könül Alı, basta2.com

One thought on “Müsavat Partiyası Qaradağ rayon təşkilatı konfrans keçirdi.

Bir cavab yazın