Türkiyə PKK ilə mübarizə üçün ABŞ-dan dəstək istədi

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Süzan Rays və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Yaxın Şərqdəki vəziyyəti, o cümlədən Kürd Fəhlə Partiyası (PKK) fəaliyyətini müzakirə ediblər.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

“Süzan Rays PKK-nın hərəkətlərini pisləyərək Türkiyəyə qarşı hücumlara son qoymağa çağırıb. Eyni zamanda İŞİD-in Türkiyəyə qarşı hücumlarını pisləyən müşavir terrorizmlə birgə mübarizədə Türkiyəyə edəcəkləri kömək ilə bağlı ABŞ-ın öhdəliklərini təsdiqləyib”, məlumatda deyilir.

Bununla belə, S.Rays Türkiyə hökumətini ölkə konstitusiyasına uyğun olaraq ümumbəşər demokratik dəyərlərə sadiq qalmağa çağırıb.

Bir cavab yazın