Şəhid pilotlar dəfn edildi – Müsavat rəhbərliyi vida mərasiminə qatıldı

Cəbhə bölgəsində şəhid olan Mİ-24 helikopterinin pilotları – mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş leytenant Bəkir İsmayılov, həmçinin polkovnik-leytenant Murad Telman oğlu Mirzəyev bu gün vida mərasimindən sonra II Fəxri Xiyabanda dəfn ediliblər.

“Qafqazinfo” xəbər verir ki, dəfndə Müdafiə Nazirliyinin rəhbərliyi, hərbçilər, şəhidlərin yaxınları və böyük insan kütləsi iştirak edib.

Şəhidlər son mənzilə izdihamlı yürüşlə yola salınıb. Vida mərasiminə Müsavat başqanı Arif Hacılı, onun müavini Tofiq Yaqublu, Divan üzvü Razim Əmiraslanlı, Məclüs üzvləri Dadaş Əhmədli və Zakir İsmayıl, Müsavat Gənclər Təşkilatının üzüvü Rəhim Yaqublu və digər müsavatçılar qatılıb. Yürüş zamanı “Şəhidlər ölməz, vətən bölünməz!” və digər şüarlar səsləndirilib.

Allah rəhmət eləsin.

 

basta2.com

 

Bir cavab yazın