Ordumuzun daha bir hərbçisi şəhid oldu

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 12-də qoşunların təmas xəttində erməni işğalçılarla atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Ərəbli Rahil Rafiq oğlu şəhid olub.

Şəhid əsgər bu gün Şirvan şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

 

 

basta2.com

Bir cavab yazın