“Azərbaycanda yeni insan tipləri yaranacaq”

Bunu Kulis-ə müsahibəsində psixoloq Elnur Rüstəmov deyib. O, bildirib ki, bu gün insanlar komfort axtarır: “Siz səhər evdən çıxanda sıradan bir şeyi çəkib sosial şəbəkəyə yerləşdirirsiz və bu bütün günü müzakirə olunur. Sanki fərqlənmək istəyir, bunu mən elədim demək istəyir. Statuslara da baxın, fərqli görünmək, tanınmaq istəyirlər. Bu əslində təhlükədir. Sadəcə fikirləşirsən ki, bəlkə zaman özü bunu qaydaya qoydu. Amma baxıram ki, bu minvalla getsə problem yaradacaq. Yaxın zamanda Azərbaycanda yeni insan tipləri yaranacaq. Soyuqqanlı, etinasız. O insan yeni dövrün insanıdır”.

Psixoloq deyib ki, indi bir yaşında uşaq belə telefona can atır: “Çünki uşaq telefonla oynayanda valideyn rahatdır. Bilir ki, uşaq ona mane olmayacaq. Bax bu komforta qaçmağın bir təzahürüdür”.

Azərbaycanda yeni insan tipi yaranacaq

basta2.com

Bir cavab yazın