İsa Qəmbər: “Əliyev rejiminin “kürü diplomatiyası” çoxdan bəlli idi…”

İtalyan deputata Azərbaycan hökumətinin 2.4 milyon rüşvət verməsi faktına MSDM sədri İsa Qəmbər belə reaksiya verdi.

“Əliyev rejiminin “kürü diplomatiyası” çoxdan bəlli idi, amma indi önəmli olan Avropa ölkələrinin və ABŞ-ın faktları gün işığına çıxarması və ictimaiyyətə təqdim etməsidir.” Bu sözləri MSDM sədri İsa Qəmbər öz facebook səhifəsində yazıb.

İsa Qəmbər yazır:

“Azərbaycan hakimiyyətinin AŞPA sədr müavini Luka Volonte’yə 2,4 milyon avro rüşvət verməsi üzə çıxıb.
Əliyev rejiminin “kürü diplomatiyası” çoxdan bəlli idi, amma indi önəmli olan Avropa ölkələrinin və ABŞ-ın faktları gün işığına çıxarması və ictimaiyyətə təqdim etməsidir.
Dünən Müsavat partiyasının Məclis toplantısında demişdim ki, Azərbaycan hakimiyyət dəyişikliyi dönəminə daxil olub.”

 

basta2.com

Bir cavab yazın