Şiddətə məruz qalan qadın oğurluqda günahlandırıldı

Adətən belə xəbərləri tez-tez eşidirik. “Daha bir qadın cinayət törətdi – daha bir qadın oğurluq etdi, daha bir qadın qatil oldu.”  Amma bu qadınların həmin cinayətləri törətməsinə səbəb olan nədir – onunla maraqlandıqmı? Yaxud heç cəmiyyəti məsələnin əsli narahat edirmi – görəsən doğrudanmı qadın öğrudu, qatildi, günahkardı?

“9 illik qeyri-rəsmi nigahdan bir övladı olan qadın evli olduğu müddətdə həyat yoldaşı tərəfindən daima zorakılığa məruz qalıb. Hər dəfə ayrılmaq istəyəndə əri qadını onu oğurluqda ittiham edəcəyi ilə təhdid edərək fikrindən daşınmağa vadar edib.  Əgər ayrılarsa qardaşı və atasını öldürəcəyi ilə təhdid edib.”

Bu hadisə barədə məlumatı “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova öz facebook səhifəsində yazıb. Mehriban Zeynalova əlavə edib: “Sonuncu dəfə ölüm hədəsi ilə üz – üzə olub. Evdən çıxıb. Hazırda əri, oğurluq iddiası ilə polisə müraciət edib. İddia edir ki, qadın evdən 4000AZN, 5000dollar və 5 min manat civarinda qızıl oğurlayıb. Polis araşdırma aparır. İş prakurorluğa keçir. Araşdırma zamanı qadının zorakılığa mütamadi məruz qalması nəzərə alınmır. Çox gəncdir. Qadın təşkilatlarına müraciət edirəm bu xanımı xilas edək.
P.S. son zamanlar zorakılığa dözməyib evi tərk edənlərə oğurluq iddiası ilə polsiə müraciət edənlərlə bağlı üçüncü faktla rastlaşıram… araşdırma zamanı zorakılıq faktına diqqət etmək lazımdır. Kişilər bu formada əsarətlərini və zoru davam etdirmək istəyirlər. Qıza təklif edilir ki barış cinayət işi bağlansın. Lakin o bildirir ki, evə qayıdarsa mütələq ölüm təhülkəsi reallaşacaq.”

 

basta2.com

Bir cavab yazın