Həbsdə olan AXCP üzvündən Taleh Bağırzadəyə qarşı sərt ittihamlar

AXCP Gənclər Komitəsinin üzvü, siyasi məhbus Elvin Abdullayev siyasi məhbus  Taleh Bağırzadəyə və onun tərəfdarlarına qarşı sərt məqalə yazıb.

Məhbusun yazısı bu gün onun anası Zülfiyyə Abdullayevanın feysbuk səhifəsində paylaşılıb.

Vəkil Bəhruz Bayramov Amerikanın Səsinə bildirib ki, Elvin Abdullayevə qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi (narkotik maddələrin qanunsuz dövriyyəsi) üzrə ittiham irəli sürülüb. 

“Bu həbs qanunsuzdur”, vəkil qeyd edib.

AXCP Gənclər Komitəsi Elvin Abdullayevin siyasi motivlərlə həbs olunduğunu bildirib.

“Elvin Abdullayev də sosial şəbəkələrin fəal iştirakçısı olub və hakimiyyətin siyasətini kəskin tənqid edən statuslar yazıb. Hakimiyyət isə öz “ənənə”sinə sadiq qalaraq tənqidçilərini cəzalandırmağa davam edir”, – Gənclər Komitəsinin bəyanatında qeyd edilib.

basta2.com