Reina qətliamında ölənlərdən biri iordaniyalı milyarderdir

Yeni il gecəsi İstanbulda törədilmiş terror qurbanlarından biri İraq əsilli İordaniyalı milyarder Mahdi Məhəmməd əl-Sərrafdır (Mohammad Al Sarraf).

Bu barədə The Jordan Times yanvarın 3-də məlumat yayıb.
Xəbərdə qeyd edilir ki, milyarder Reina klubuna dostu Navras Assaf ilə birlikdə gəlib. Silahlı basqın nəticəsində hər ikisi həlak olublar.
Nəşrin məlumatına görə, dostlar bayramı qeyd etmək üçün İstanbula arvadları ilə birlikdə gəliblər. “Assafın həyat yoldaşı yaralanıb, hal-hazırda o, xəstəxanada ağır vəziyyətdədir. Sarrafın həyat yoldaşı və daha bir iordaniyalı cütlük da zərər çəkənlər sırasındadır”, — deyə nəşr qeyd edir.

Xatırladaq ki, İstanbuldakı Reina gecə klubuna silahlı hücum nəticəsində 39 nəfər ölüb, 65 nəfər yaralanıb.

Heybət Əmrah

basta2.com