Müsavat AKM Arif Hacılını təbrik etdi

Müsavat Avropa Koordinasiya Mərkəzi (AKM) Müsavat Partiyası başqanı Arif Hacılını 55 illik yubileyi münasibəti təbrik edib.

Təbrikdə deyilir:

Hörmətli Arif bəy! Siz Xalq Hərakatı iştirakçısı olaraq Azərbaycanın müstəqilliyi uğrunda mərdliklə mübarızə aparmış, istiqlalçı millət vəkili olaraq bu müstəqilliyə imza atmış şəxslərdənsiniz. Təkcə bu fakt sizin adınızın Azərbaycanın şərəf tarixinə yazılmasına kifayət edir! Eyni zamanda 1992-93-cü illərdə Milli Hökumətdə tutduğunuz yüksək vəzifənin öhdəsindən layiqincə gələrək həm də bir dövlət adamı olduğunuzu sübut etmisiniz. Azerbaycan dövlətciliyinin möhkəmləndirilməsi, demokratikləşməsi uğrunda apardığınız mübarizədə öz dəst-xəttinizlə gerçək bir azadlıq mücahidi tablosu cızmısınız. Elə bunun nəticəsi olmalıdır ki, Sizi bu haqq yolundan çəkindirmək ücün dəfələrlə siyasi və vicdan məhbusu olaraq təziqlərə məruz qoyublar. Amma möhkəm iradəniz, əzmkarlığınız Sizi bu sınaqlardan da üzü ağ çıxarmışdır.

Hörmətli Arif bəy!

Sizi doğum günü və 55 illik yubiley münasibətilə ürəkdən tebrik edir, rəhbərliyiniz altında Müsavat Partiyasının daha böyük uğurlara imza atacağına əminliyimizi bildirir, siyasi fəaliyyətinizdə və şəxsi həyatınızda Sizə uğurlar arzu edirik.

Sayğılarla,

Müsavat AKM