Dollar 2 qəpikdən çox bahalaşıb

Bazar ertəsi Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta hərracında dolların məzənnəsi yenidən kəskin artıb.

Turan məlumat verib ki, hərracda Amerika valyutasının məzənnəsi 1,8559 manat təşkil edib ki, bu da ötən həftənin məzənnəsindən (1,8311) manat çoxdur.

Qeyd edək ki, valyuta hərracı ilə bağlı yeni qaydalara keçdikdən sonra  kommersiya bankları ancaq xarici valyutanı ala bilər, sata bilməz. Hər hərracda dolların məzənnəsi 2 qəpikdən çox bahalaşır.

Kommersiya bankları 1,8311 manat məzənnə ilə dolları 1,83-1,84 manata alıb, 1,88-1,89 manata satırlar.

Bugünkü hərracdan sonra kommersiya banklarının məzənnəsi artacaq.

 

basta2.com