Natiq Cəfərli Eynulla Fətullayevin iddiasını sərsəmləmə adlandırdı

Cəfəng və absurd “iddiaları” gündəmə gətirmək, sadəcə, REAL-a qarşı növbəti təzyiqdir. Hər hansı bir özünü jurnalist adlandıran kəsin sərsəmləmələrinə görə araşdırma aparmaq, ancaq təşkilatımıza qarşı təzyiqin artması deməkdir.

Jurnalist Eynulla Fətullayev Virtualaz.org saytında dərc olunmuş “İlqar Məmmədovun əsgərləri İran tərəfə keçir” başlıqlı məqaləsində REALçıların yanvarın 19-da İran İslam Respublikasının Azərbaycandakı səfirinin ikinci katibi Mehdi Arifzadə ilə görüşünün REAlı maliyələşdirmək məqsədi güddüyünü və buna bənzər başqa ittihamlar səsləndirib.

Bu məsələyə münasibət bildirən Natiq Cəfərli belə deyib: -“Cəfəng və absurd “iddiaları” gündəmə gətirmək, sadəcə, REAL-a qarşı növbəti təzyiqdir. Hər hansı bir özünü jurnalist adlandıran kəsin sərsəmləmələrinə görə araşdırma aparmaq, ancaq təşkilatımıza qarşı təzyiqin artması deməkdir. REAL tam şəffaf fəaliyyət göstərən təşkilatdır, heç bir araşdırmadan da çəkinmirik, sadəcə, 8 gün bundan öncə, ilk olaraq özümüz tərəfindən, öz rəsmi saytımızda yaydığımız xəbərə don geyindirib sensasiya kimi qələmə vermək günülcdür.”

“Bu günə qədər son 5 ildə REAL-ın ofisində 20-ə yaxın ölkənun səfir və səfirlik nümayəndələri görüşlərdə olub, siyasi təşkilatın işlərindən biri də görüşlər keçirməkdir, hətta sabah Azərbaycan hökumətinin nümayəndələri də ofisimizə gəlib müzakirələr aparmaq istəsələr, buna razılıq verərik. İran səfirliyinin nümayəndəsi özü görüş istəmişdi, ofisdə 8 gün qabaq görüş oldu, görüşdə ölkələrimz arasında münasibətlər, iqtisadi, mədəni münasibətlərin perespektivləri müzakirə olundu. Səfirlik nümayəndəsinə həm Cənubi Azərbaycanda soydaşlarımızın durumu ilə bağlı, həm də İranın işğalçı Ermənistanla isti münasibətlərlə bağlı iradlarımızı da bildirmişik, Azərbaycanın dünyəvi dövlətçiliyinin bizin üçün qırmızı cizgi olduğunu da demişik.” –Natiq Cəfərli bildirib.

“Bir daha, bu qondarma məqalələr REAL-ın artan nüfuzuna görə növbəti təzyiq dalğasıdır.” – Natiq Cəfərli əlavə edib.

 

basta2.com