Son dəqiqə – Suriyanın bombardmançı təyyarəsi Türkiyə ilə sərhəddə qəzaya uğradı

Türkiyə-Suriya sərhədində Suriya rejiminə aid bir döyüş təyyarəsi qəzaya uğrayıb.

“Hürriyyet” qəzetinin verdiyi məlumata görə, Hatay vilayətinin Suriya sərhədində saat Bakı vaxtı ilə saat 20:30 radələrində Suriya rejiminə aid MİQ-23 döyüş təyyarəsi yerə enərək partlayıb.

Türkiyənin Baş naziri Binali Yıldırım, deyib ki, təyarənin pilotları katapult edərək, xilas ola bilib. Lakin təyarənin və pilotların konkret olaraq Suriyaya, yoxsa Türkiyəyə düşdüyü dəqiq bilinmir, – Binali Yıldırım deyib. Baş nazir bildirib ki, pilotların axtarışına başlanılıb.

basta2.com