Səudiyyə Ərəbistanı miqrantların deportasiyasına hazırlaşır

Səudiyyə Ərəbistanı ölkə əhalisinin 20 faizini təşkil edən beş milyon qeyri-leqal miqrantın  deportasiya məsələsinə baxır.  Bu barədə Al Hayat qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, hal-hazırda deportasiya proqramı  Məşvərət şurasında (Məclisi əş-Şura)  hazırlanır.  

Bu zaman hakimiyyət  miqrantların  səudiyyə vətəndaşlığı təsdiq edən sənəd təqdim edərək, onların ölkə vətəndaşı sayılmalarını tələb edəcəklərindən ehtiyatlanır.

Artıq hazırlanmaqda olan  proqram  Səudiyyə Ərəbistanı üçün ilk deyil. Belə ki, 2013-cü ildə qeyri-leqal miqrantlara  yeddi ay amnistiya verilmişdir. Bu vaxt  ərzində hər bir kəs öz statusnu leqallaşdırmalı  və ya könüllü şəkildə ölkəni tərk etməli idi. Təxminən dörd milyon nəfərə yaxın miqrant rəsmi iş icazəsi ala bildi,  milyona yaxın gəlmə isə ölkəni tərk etdi.  Bundan sonra kütləvi deportasiya  başlandı. Miqrantların ölkədən çıxarılması  kampaniyasının   məqsədi yerli əhalinin işsizlik səviyyəsinin  azaldılması idi.  

Hindistan, Pakistan və Banqladeşin  yoxsul rayonlarının sakinləri  yaxşı yaşayış axtarışı ilə tez-tez  Səudiyyə Ərəbistanı və Bəhreynə yollanır. Onlar orada qeydə alınmayan  əməklə, əsasən, xadimə, uşağa qulluq, ofisiant, bağban və sürücü  işləyirlər.

Heybət Əmrah, basta2.com