Hefteaz.info saytı yenidən xaker hücumuna məruz qaldı

Müxalifətyönümlü Hefteaz.info saytı yenidən xaker hücümüna məruz qalıb. 

“Basta” ya bu barədə məlumatı saytın baş redaktoru Aqil Mahmudov verib.

Baş redaktor sayta mütamadi və müxtəlif ölkələrdən olan xaker hücumlarına görə artıq fəaliyyətsiz vəziyyətə düşdüklərini bildirir.

Xatırladaq ki, bir neçə ay öncə də, Hefteaz.info saytı xaker hücumları sayəsində dağıdılmışdı.

 

basta2.com