ABŞ “Şimal axını – 2” layihəsinə qarşı sanksiyalar hazırlayır

Iyulun 22-də Konqresin saytında Rusiyaya qarşı yeni sanksiyaların mətni dərc edilib. Sənəd səsverməyə iki gündən sonra – ayın 25-də çıxarılacaq.

RİА-Novostinin  xəbərinə görə, yeni sanksiyalar Rusiya  iqtisadiyyatının  neft –qaz və bank sektoruna toxunacaq. Qanun layihəsi əsasən “Şimal axını – 2” layihəsini əngəlləmək məqsədi güdür.

İyunun 14-də 100 senatordan 98-i Moskvaya qarşı sanksiyaların genişləndirilməsinə səs veriblər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RİA Novostinin sualına cavab olaraq  Konqresdə baxılan qanun layihəsinə münasibətini “son dərəcə mənfi” kimi bildirib.

Heybət Əmrah

basta2.com