Rusiyanı genişmiqyaslı sanksiyalar gözləyir

 

ABŞ Nümayəndələr Palatası Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqlədi.

Qanun layihəsi böyük səs çoxluğu ilə qəbul edilb. 419 səsdən   yalnız 3-ü əleyhinə olub. Layihənin qəbulunda Respublikaçıarla birlikdə  Demokratların nümayəndələri də fəaalıq nümayiş etdiriblər, Reuters xəbər verir.

Nümayəndələr Palatasının təsdiqindən sonra sənəd Senata,  daha sonra isə imzalanması üçün dövlət başçısına göndəriləcək. Ağ Evin mətbuat katibinə görə, Donald Tramp Moskvaya qarşı sərt yanaşmanı dəstəkləyir, “lakin amerikalılar “ən yaxşı razılaşmaya” əmin olmaq istəyir”.

Lakin, bu razılaşmadan Rusiya ilə böyük layihələrdə iştirak edən Avropa şirkətlərinin ziyan görmək ehtimalı var. Çünki, ABŞ-ın sanksiyaları bu şirkətləri milyardlarla avro itirmək riski altında qoyur.

Yeni sanksiyalar  2014-ci ilin əvvəlindən bəri qəbul edilmiş ən irimiqyaslı məhdudiyyət ola bilər. Sənədin, xüsusilə, Rusiyanın “Şimal axını – 2” layihəsinə qarşı olduğu bildirir.

Heybət Əmrah

basta2.com