ABŞ Rusiyadan San-Fransisko şəhərində baş konsulluğunu bağlamağı tələb etdi

ABŞ Rusiyadan iki gün ərzində San-Fransisko şərində baş konsulluğunu bağlamağı tələb etdi.

Eyni zamanda, Vaşinqton və Nyu-York şəhərlərində fəaliyyət göstərən iki konsulluq nümayəndəliyinin işinin dayandırılması da tələb olunur. Qərar  sentyabrın ikisinə qədər icra edilməlidir.

Avqustun 23-dən  ABŞ ruslara  migrasiya vizalarının verilməsini dayandırıb. Bu qərar  Moskvanın sanksiyalara cavab olaraq rusların Amerikadan Rusiyada diplomatik missiya əməkdaşlarının azaldılması tələbi ilə bağlı verilib.  Sentyabrın 1-dən etibarən Moskvada sənədlərin verilməsi bərpa edilsə də, digər şəhərlərdəki konsulluqlarda  bu baş verməyəcək.

Eyni zamanda, ABŞ diplomatlarına Serebryanom Boru  şəhərindəki istirahət evindən  istifadə etmək qadağan edilib.

Qeyd edək ki, 2016-cı ilin dekabrında Rusiyanın 35  diplomatik nümayəndəsi ABŞ-dan cıxarılıb. Bu zaman Rusiya diplomatik missiyası  iki istirahət mərkəzindən məhrum edilib.

“RİA Novosti”nin məlumatına görə,  Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki,  Moskva tezliklə ABŞ-ın anti-Rusiya siyasəti ilə əlaqədar hərəkətə keçəcək.

Heybət Əmrah

basta2.com