Azərbaycan, İran və Rusiya prezidentləri Suriya məsələsini müzakirə edəcəklər

“Turan” xəbər verir ki, İlham Əliyev Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (İNSTC) layihəsinə uyğun olaraq prezident Ruhani və prezident Putinlə strateji üçtərəfli əməkdaşlıq görüşünün ikinci mərhələsində iştirak etməyi planlaşdırır.

Azərbaycan prezidenti İlham Əliyev İranlı və Rusiyalı həmkarları ilə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (İNSTC) layihəsi üzrə üçtərəfli sammitdə iştirak etmək üçün səhər saatlarında Tehrana gedib, xəbəri İranın MNA agentliyi yayıb.

İNSTC 7200 km uzunluğu olan, Hindistan, İran, Əfqanıstan, Ermənistan, Azərbaycan, Rusiya, Mərkəzi Asiya və Avropanı birləşdirən çoxrejimli şəbəkədir.

Üçtərəfli sammitin birinci mərhələsi 2016-cı ilin avqustunda Bakıda keçirilib, həmin görüşdə terrorizmə qarşı mübarizə, regional münaqişələrin həlli, Xəzər dənizi üzərində birgə iş, bank məsələləri, texnologiyaların ötürülməsi və energetika, nəqliyyat sektorunda əlaqələrin inkişafı və digər maraq sahələrini əhatə edən bəyannamə qəbul edilib.

RF prezidentinin günorta saat 1 radələrində Tehrana çatacağı gözlənilir.

“Regional əməkdaşlıq ölkələrin iqtisadi inkişafı, regionda sabitlik və sülh üçün çox faydalıdır”, deyə İranın xarici işlər naziri Məhəmməd Cavad Zarif İRNA-ya müsahibəsində İran, Rusiya və Azərbaycan prezidentlərinin Tehranda keçiriləcək görüşünü şərh edərkən bildirib.

Onun sözlərinə görə, İran, Rusiya və Azərbaycanın ortaq maraqları var, o cümlədən, tranzit və energetika sahəsində.

“Qarşıda duran sammit bir tərəfdən İran prezidenti Həsən Ruhani ilə Rusiyalı həmkarı Vladimir Putin arasında, digər tərəfdən İlham Əliyevlə regional məsələlər, ilk növbədə Suriya məsələsi haqqında danışıqlar aparmaq üçün ikitərəfli görüş imkanıdır”, deyə İRAN XİN başçısı qeyd edib.

 

basta2.com