Rəhim Qazıyevə 10 sutka həbs cəzası verildi – Yenilənib

Nərimanov polis idarəsindən verilən məlumata görə, Rahim Qazıyevə 10 sutka həbs cəzası verilib. Bu haqda “Xaral” qəzetinin baş redaktoru Əvəz Zeynallı məlumat yayıb. Bildirilir ki, Rəhim Qazıyev hazırda Binəqədi RPİ-nin müvəqqəti saxlama təcridxanasına aparılıb.

***

26 dekabr, 10:34

Rahim Qazıyev 17-ci polis bölməsində yoxdur. Bu haqda “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı özünün feysbuk səhifəsində məlumat yayıb.

“Gecə saat 23.30-da son dəfə gəlmişik, su vermişik, burada olduğunu, vəziyyətinin yaxşı olduğunu deyiblər və saat 10.00-da gəlməyimizi qeyd ediblər. İndi deyirlər ki, yoxdur. Belə çıxır ki, Rahim Qazıyevi oğurlayıblar…”, – Əvəz Zeynallı bildirib.

***

25 dekabr, 22:34

Azərbaycanın keçmiş mudafiyə naziri Rəhim Qaziyev dekabrın 25-də günorta saatlarında Bakıda Nəriman Nərimanov metro stansiyasının qarşısındakı parkda saxlanılaraq Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə aparılıb.

Bu barədə keçmiş nazirin qardaşı Rahab Qazıyev Amerikanın Səsinə bildirib.

“Bu gün Bakı vaxtı ilə saat 20 radələrində 17-ci Polis Bölməsindən mənə zəng edib qardaşımın orada saxlanıldığını bildirdilər. Mənə dedilər ki, narahat olmayım, qardaşım polisdə saxlanılır. İndi 17-ci Polis Bölməsinin qarşısındayam. Növbətçi hissədən qardaşımın burada saxlanıldığını təsdiq etdilər və dekabrın 26-da səhər saat 10-da gəlməyimi məsləhət bildilər”, o qeyd edib.

Rahab Qazıyev qardaşı Rəhim Qazıyevin saxlanılmasının səbəbləri ilə bağlı məlumat verilmədiyini bildirib.

Hüquq müdafiəşiləri 17-ci Polis Bölməsinin qarşısında gözləyir

Hüquq müdafiəşiləri 17-ci Polis Bölməsinin qarşısında gözləyir

Hazırda Rahab Qazıyevlə birgə bir qrup hüquq müdafiəçisi də polis bölməsinin qarşısında gözləyir.

Hüquq müdafiəçiləri Rəhim Qazıyevin saxlanılmasının onun Kanal 13 İnternet televiziyasında yayılan müsahibəsində prezident İlham Əliyev və onun atası keçmiş prezident Heydər Əliyevin ünvanına işlətdiyi kəskin tənqidlərdən bir gün sonraya təsadüf etdiyini bildilir.

Bununla yanaşı, hüquq-mühafizə orqanları keçmiş nazirin saxlanılması barədə hələ hər hansı məlumat yaymayıb.

Rəhim Qazıyev 1992-ci ilin martından 1993-cü ilin fevralınadək Azərbaycanın müdafiə naziri olub.

 

basta2.com