ABŞ departamenti Əfqan Muxtarlıya görə Azərbaycan hökumətinə müraciət etdi

ABŞ departamenti jurnalist Əfqan Muxtarlının bacısının yas mərasiminə buraxılması üçün Azərbaycan hökumətinə müraciət edib. 

Dünən vəkil Nemət Kərimli vicdan məhbusu Əfqan Muxtarlının həbsdən müvəqqəti azad edilməsi və onun bacısının dəfnində iştirakına şərait yaradılması  üçün Penitensiar Xidmətə müraciət edib. 

Nemət Kərimli ilə bu gün də əlaqə saxladıq. Vəkil saytımıza bildirdi ki, onun müraciətinə hələ də cavab verilməyib. 

Nemət Kərimli Əfqan Muxtarlının həbsdən azad edilməsi üçün Ombudsman Aparatına da müraciət etdiyini bildirib. 

Xatırladaq ki, yeni il axşamı vicdan məhbusu Əfqan Muxtarlının bacısı Nuranə Muxtarlı yaşadığı evdə ilkin məlumata görə qazdan boğularaq ölüb. Bildirilir ki,  Zaqatala şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsi bina 2, mənzil 14 ünvanında kirayədə yaşayan Zaqatala rayonu Aşağı Tala kənd sakini Muxtarlı Nuranə Sabir qızı və onun bir azyaşlı övladının, o cümlədən N. Muxtarlının qardaşı Ramazanın azyaşlı övladının meyitləri aşkar edilib.

basta2.com