İsa Qəmbər xəstəxanadan çıxdı

İsa Qəmbər Mərkəzi Klinik Xəstəxananı tərk etdikdən sonra özünün facebook səhifəsində həkimlərlə birlikdə çəkdirdiyi şəkli paylaşıb və aşağıdakı şərhi yazıb: 

Mərkəzi Klinikadan ayrıldıq. Firdövsi həkim başda olmaqla peşəkar, qayğıkeş həkim heyəti və bütün personala təşəkkürlər!
p.s. Aida xanım bu gözəl xanımlarla foto çəkdirməyimə icazə verdi:)

26804768_1777383138946743_8561180849800630636_n

Bu gün Mİlli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananı tərk edib.

Bu haqda “Basta”ya  Müsavatın mətbuat xidməti məlumat verib.

Qeyd edək ki yanvarın 13-də İsa Qəmbər səhhətində narahatlıq hiss edib. Bununla əlaqədar İsa Qəmbər Mərkəzi Klinik Xəstəxanada tibbi müayinədən keçib, ürək-damar sistemi fəaliyyətinin gücləndirilməsi üçün tibbi prosedurlardan keçib.

basta2.com