Evində saxladığı ilan Danı boğaraq öldürdü

İngilis Dan Brandon evdə bəslədiyi  Afrika qaya pitonu tərəfindən öldürülüb. Brandonun anası  ilanın günahkar olmadığını və onu atmayacağını söyləyib.

31 yaşlı İngilis Dan Brandon 2 metr yarım uzunluğunda olan ev pitonu tərəfindən boğularaq öldürülüb. O, evində ölü halda tapılıb.

Dan otağında 10 ilan və 12 tarantula cinsli zəhərli hörümçək bəsləyirdi. Anası və atası axşam yeməyini hazırlayarkən yuxarıdan yüksək bir səs eşidib oğullarına nəzarət etməyə getdikdə Tani adlı pitonun qəfəsində olmadığını fərq ediblər. Ailə Tani tərəfindən boğulan Dana kömək etmək istəsələr də, uşaqlarını xilas edə bilməyiblər.

Dan Brandonun anası piton Tanini çox sevdiyini və onu əsla evindən atmayacağını deyib.

Zəhərli olmayan piton ovunu sarılaraq öldürür.

Heybət Əmrah

basta2.com