Arif Hacılı: “Cəlal Əliyevin çıxışını nəinki tirajlamaq, hətta sonadək dinləmək belə utancvericidir”

Əslində kimə qarşı yönəlməsindən asılı olmayaraq bu çıxışı nəinki tirajlamaq, hətta sonadək dinləmək belə utancvericidir.

Bu sözləri Müsavat başqanı Arif Hacılı özünün “Facebook” səhifəsində yazıb.

“Son vaxtlar Cəlal Əliyevi təbliğ edənlər, jurnalist Mirşahin haqqında dediklərinə görə ona rəhmət oxuyanlar artıb. Mirşahinin fəaliyyətində hədəfə alınacaq hududsuz məqamlar olduğu halda Cəlal Əliyevin heç bir etik normaya, ədəb çərçivəsinə sığmayan çıxışını tirajlayanların məqsədi nədir?” -Arif Hacılı bildirib.

“Əslində kimə qarşı yönəlməsindən asılı olmayaraq bu çıxışı nəinki tirajlamaq, hətta sonadək dinləmək belə utancvericidir. Başlıcası isə Cəlal Əliyevin həmin çıxışı xeyirə yox, şərə xidmət edirdi. Mirşahinin adətən tirajladığı yalanlarla yox, o zaman ara-sıra danışdığı həqiqətlərə qarşı idi.” -Arif Hacılı əlavə edib.

 

basta2.com