Müsavat başqanı: “Səni deyirlər” – milli özünüifadənin paroludur”

İranda yaşayan azərbaycanlıların “Səni deyirlər” kampaniyası Azərbaycanda əks-sədaya səbəb olub. Ötən günlər Bakıda gənclər “Səni deyirlər” mahnısının sədaları altında rəqs edərək, bunun videosunu sosial şəbəkələrdə paylaşıblar.  Kampaniyaya Müsavat başqanı Arif Hacılı da münasibət bildirib.

“”Səni deyirlər” – milli özünüifadənin bir forması, səsləşmə kodu, paroludur. 
Boynuyoğun bir dövlətdə haqları tapdanaraq yaşamağa məhkum edilmiş qüdrətli bir millətin harayıdır”, – deyə, Arif Hacılı özünün feysbuk səhifəsində yazıb. 

Müsavat başqanı qeyd edib ki, “Səni deyirlər” sənət nümunəsi, musiqi hadisəsi deyil, mahiyyətcə “Traxtur” azarkeşliyi, Urmiya təəssübkeşliyinə oxşar olan siyasi hadisədir.


basta2.com