Arif Hacılı Bakı-Quba yolunun sökülməsinə münasibət bidirdi: “Hesabı sorulacaq!”

Korrupsiya zəncirində olanlar arasında bölüşdürülən bu vəsaitlər ödənilməyən pensiyalar, dilənçi payı səviyyəsində olan maaşlar, açılmayan iş yerləri, acınacaqlı səhiyyə xidməti, əndazəsiz təhsil haqları, milyonların gündəlik dolanışıq imkanlarından məhrum olması deməkdir.

Müsavat başqanı Arif Hacılı Bakı-Quba yolunun sökülməsinə münasibət bidirib. Arif Hacılı bu barədə özünün “Facebook” səhifəsində yazıb.

“Bütün dünyada ən baha qiymətə tikilən Bakı-Quba yolu sökülür. Bir km. yol ABŞ da 5.9 mln, Avropa Birliyində 6.9 mln, Çində 2.2(!) mln dollara başa gəldiyi halda Azərbaycanda 18- 24 mln. dollara başa gəlir. Yəni Azərbaycanda 1 km. yol tikintisinə xərclənən vəsait ABŞ dan 3 dəfə, Çindən 10 dəfə çoxdur. 300 mln. dollardan artıq vəsait xərclənmiş Bakı- Quba yolu indi yenə də böyük xərclər hesabına sökülür, daha böyük xərclərlə yenidən tikiləcək.” -Arif Hacılı bildirib.

“Bu milyonlar göydən düşməyib. Korrupsiya zəncirində olanlar arasında bölüşdürülən bu vəsaitlər ödənilməyən pensiyalar, dilənçi payı səviyyəsində olan maaşlar, açılmayan iş yerləri, acınacaqlı səhiyyə xidməti, əndazəsiz təhsil haqları, milyonların gündəlik dolanışıq imkanlarından məhrum olması deməkdir. Hesabı sorulacaq.” -Arif Hacılı əlavə edib.

 

basta2.com