Müsavat fəalı həbsdən çıxdı

Müsavat fəalı Əziz Şahinoğlu bu gün həbsdən azad edilib. 

Senyabrın 15- də Xarici İşlər Nazirliyi qarshısında aksiya keşirərək Ermənistana müharibə elan olunmasını tələb etdiyinə görə 10 sutka azadlıqdan məhrum edilən Müsavat fəalı Əziz Şahinoglu bu gün həbsdən azad edilib.

Azad olunduqdan dərhal sonra Ə. Şahinoğlu öz facebook profilində yazıb: “Dostluğumda olan hər kəsi salamlayıram və mənim “duşmənlə döyuşə əmir ver” tələbimə qarşılıq haqsız olaraq barəmdə verilən həbs qararı üçün 10 sutka baglı qapılar arxasında kecirdim. və azadlığa cıxdım.”

Ə. Şahinoğlu statusunda mübarizəsinə davam edəcəyini bildirir və həbs olunduğu müddətdə ona dəstək olan, həbsi barədə məlumatları ictimailəşdirən bütün dostlara təşəkkürünü bildirir. 

Xatırladırıq ki, Müsavat Partiyasının üzvü Əziz Şahinoğlu Qəhrəmanov Xarici İşlər Nazirliyi qarşısında təkbaşına aksiya keçirdiyi üçün sentyabrın 15-də saxlanılmışdır. Bu haqda “Basta”ya onun oğlu Ceyhun Qəhrəmanov məlumat verərək bildirmişdir ki, “XİN, mənasız sülh danışıqlarını durdurun! Düşmənlə müharibə dili ilə danışın!” şüarını qaldıran Əziz Qəhrəmanov hadisə yerinə gələn polis tərəfindən 29-cu polis bölməsinə aparılıb. Yasamal Rayon Məhkəməsi Müsavat Partiyası Səbail rayon təşkilatının üzvü Əziz Şahinoğlu Qəhrəmanovun barəsində 10 sutka inzibati həbs qərarı çıxarmışdır.

A. İsmayıl.

basta2.com