Tramp İran liderini gündüz lənətlədi, axşam təriflədi

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı günü BMT-nin Baş Assambleyasında 73-cü sessiyasında çıxışında dünya liderlərini “İran rejimini təcavüzkarlığını davam etdirənə qədər təcrid etməyə” çağırıb. Çıxışında İrana xüsusi diqqət ayıran Tramp İran liderlərinin qarışıqlıq, ölüm və dağıntı yaydığını bildirib.

“Onlar nə qonşularına, nə sərhədlərə, nə də millətlərin suveren hüquqlarına hörmət etmir. Bunun əvəzinə İran rəhbərliyi ölkənin resurslarından özlərini varlandırmaq və Yaxın Şərq və onun hüdudlarından kənarda qarışıqlıq yaratmaqdan ötrü istifadə edir”, Tramp bildirib.

Dunald Tramp bu çıxışından bir neçə saat sonra özünün Twitter səhifəsində bu mövzuya yenidən qayıdıb. O qeyd edib ki, İran prezidenti Həsən Ruhani ilə görüşüm nəzərdə tutulmayıb. Bununla yanaşı o, gələcəkdə belə bir görüşün baş tutacağını istisna etməyib: 

“Sorğulara rəğmən Həsən Ruhani ilə görüşmək planım yoxdur. Ola bilsin ki, bu nə vaxtsa gələcəkdə mümkün olsun”.

Tramp Ruhaninin gözəl insan olduğuna əminliyini də ifadə edib. 

 

basta2.com