Arif Hacılı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri  ilə görüşdü

Dünən Müsavat Partiyasının başqanı Arif Hacılı Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskasla görüşüb.

Bu haqda “Basta”ya partiyanın Mətbuat xidmətindən məlumat verilib. Görüşdə Müsavat Partiyasına artan təzyiqlər, söz və ifadə azadlığının təqib edilməsi, siyasi məhbuslar məsələsi, ölkədəki ictimai-siyasi durum, həmçinin Müsavat Partiyası ilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşdə Müsavat Başqanının müavini Səxavət Soltanlı və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Siyasi Müşaviri Dr. Auşra Raistite –Daukantiene iştirak edib.

 

basta2.com