Azərbaycanın ABŞ-dakı lobbiçisi günahını etiraf edib

Biznesmen konqresmenlərin Azərbaycana səfərinin maliyyələşməsi mənbəsini gizlədib

Azərbaycanın ABŞ-da lobbiçiliyi ilə məşğul olan türk əsilli biznesmen Kemal Öksüz beş il öncə konqresmenlərin Bakıya səfəri haqda Konqres təhqiqatçılarına yalan danışdığını boynuna alıb.

Azadlıq radiosunun xəbərinə əsasən, bunu ABŞ rəsmiləri deyiblər.

Ədliyyə Departamenti Kemal Öksüzün günahını dekabrın 10-da etiraf etdiyini bildirib. 

ABŞ Ədliyyə Nazirliyi Amerika və Avrasiya Türk Şurasının keçmiş rəhbəri Kemal Öksüzü 2013-cü ildə konqresmenlərin Azərbaycana səfərinin maliyyələşdirilməsi faktını gizlətməkdə ittiham edib. 

Virciniya ştatında Arlinqtonda yaşayan Kevin Öksüz kimi tanınan 48 yaşlı Kemal Öksüz konqresmenlərin Azərbaycana səfərindən öncə və sonra ABŞ Nümayəndələr Palatasının Etika Komitəsinə yalan söylədiyi bildirilir.

İttiham aktına görə, K.Öksüz konqresmenlərin Azərbaycana səfərinin onun təşkilatı tərəfindən maliyyələşdirildiyini və xarici mənbələrdən maliyyə vəsaiti almadığını deyib və bununla da o, səfərin tamamilə dövlətə məxsus olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vəsaiti hesabına maliyyələşdirilməsi sxemini qurub.

İttiham aktına görə, K.Öksüz mühüm faktları Etika Komitəsindən gizlətmək üçün saxtalaşdırma sxeminin hazırlayıb və dörd dəfə Konqresə yalan bəyanat verib.

Onun həbsinə order bu ilin əvvəlində verilib. Lakin o gizlənib və 2018-ci ilin sentyabrında Ermənistanda saxlanılıb.

 

Meydan Tv