Fransada Milad yarmarkasına hücum – azı 4 nəfər öldürülüb

Fransa polisi bildirir ki, Strasburq şəhərindəki Milad bazarında baş vermiş atışmada 4 nəfər öldürülüb, daha bir neçə adam ağır yaralanıb.

Atəş açmaqda şübhəli bilinən şəxs qaçıb, lakin polisin bildirdiyinə görə onun şəxsiyyəti müəyyənləşdirilib. Polis şübhəlinin kimliyini açıqlamayıb.

Fransanın daxili işlər naziri Christophe Castaner deyib ki, şübhəlinin əvvəllər məhkumluğu olub.

Strasburqun mərkəzində hər il qurulan Milad bazarı minlərlə turisti və yerli sakini cəlb edir.

Hadisə baş verərkən Strasburqda yerləşən Avropa Parlamentinin sessiyası gedirdi və indi bina bağlanıb, millət vəkilləri, işçilər və jurnalistlər içəridə qalıblar.

Hadisə yerinə antiterror birlikləri, əsgərlər və silahlı polislər yeridilib.

Fransa prezidenti Emmanuel Macron təcili qaydada Strasburq şəhərinə gəlib.

İnsident son üç həftə ərzində davam edən antihökumət aksiyaları ilə eyni vaxta təsadüf edir.

 

AzadlıqRadiosu