Jurnalistin işi məhkəməyə gedir

Dekabrın 12-də criminalaz.com saytının baş redaktoru Anar Məmmədov və vəkili Bakı Şəhər Prokurorluğunda cinayət işi materialları ilə tanışlığı başa çatdırıblar.

Amerikan;n s’si jurnalist Anar Məmmədova istinadən xəbər verir ki, vəkili tanışlıq mərhələsində bəzi vəsatətlər verib. Həmin vəsatətlər cinayət işinə xitam verilməsi ilə bağlı olub. Dekabrın 12-də vəsatətlərin təmin edilmədiyi Anar Məmmədov və vəkilinə elan edilib.

Bundan bir gün əvvəl, dekabrın 11-də də Anar Məmmədov və vəkili cinayət işi materialları ilə tanış olmaqdan ötrü Bakı Şəhər Prokurorluğunda olmuşdu.

Cinayət işi bundan sonra qanunvericiliyin tələbinə uyğun olaraq məhkəməyə göndərilməlidir. Anar Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacağı gözlənir.

Anar Məmmədov Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

 

basta2.com