Mustafa Hacıbəyli ABŞ-ın Azərbaycandakı səfir əvəzi ilə görüşdü

Çərşənbə günü ABŞ-ın Azərbaycandakı səfir əvəzi, Müvəqqəti İşlər Vəkili Ulyam Gil basta2.com xəbər portalının redaktoru Mustafa Hacıbəyli ilə görüşüb və Azərbaycanda media azadlığını müzakirə edib.

Bu haqda Amerika səfirliyi məlumat yayıb.

Müzakirənin detalları barədə “Basta”ya məlumat verməyə ehtiyac duymayan Mustafa Hacıbəyli isə bildirib ki, görüşdə vəkil Osman Kazımov, ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Uilyam Solley və səfirliyin mətbuat katibi Natan Cons iştirak ediblər.

Qeyd edək ki, noyabrın 30-da Bakı Şəhər Prokurorluğuna çağırılan Mustafa Hacıbəyliyə qarşı saytda dərc olunan iki məqaləyə görə Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

 

basta2.com