“ÜZR İSTƏMƏLİDİR!” – Mübarizi aşağılayan xanıma hərbi ekspertdən SƏRT TƏNQİD

“Bəzi adamlar var ki, gündəmə gəlmək üçün müxtəlif yollara əl atırlar. Bunların içində normal yollar da var, əcaib və hədləri aşan yollar da var. Hesab edirəm ki, Nərmin Şahmarzadə Mübariz İbrahimov vasitəsi ilə özünü reklam etmək, tanıtdırmaq, auditoriya toplamaq istəyir.

Milli Qəhrəman Mübariz İbrahimovu kişilik nümunəsi hesab etməyən, onu qəhrəman kimi görməyən və cinayətkar adlandıran psixoloq xanım Ü.Cəfərli tərəfindən sərt tənqid olunub.

əksinə Bu sözləri Femida.az-a açıqlamasında hərbi ekspert Üzeyir cəfərli deyib.

“Ermənilərin edə bilməyəcəyi bir hərəkəti təəssüf ki, bizim vətəndaşımız edir, özü də xanım vətəndaş. Əlbəttə ki, utancvericidir, çox ayıb olsun. Elə müqəddəs şeylər var ki, onlara əl uzatmaq olmaz. Ən azından Mübariz düşmən arxasına keçib düşmənin onlarla əsgərini məhv edib və həyatını qurban verib. İbrahimov normal, psixikası yerində olan hərbçi olub. Elədiyi hərəkət sırf Azərbaycana məhəbbətdən irəli gələn bir addımdır. Ona görə M.İbrahimovla bağlı belə fikir səsləndirmək heç kimə yaraşmaz. O xanım Azərbaycan ictimaiyyətindən üzr istəməlidir və mövzu bağlanmalıdır.

Hesab edirəm ki, bəzi adamlar var ki, onlar bir addımı ilə bütün karyerasına son qoya bilir. Bu xanım da Mübarizlə bağlı səsləndirdiyi fikirlərə görə, Azərbaycan cəmiyyətində nə xeyirə, nə şərə çıxa bilməyəcək. Çünki hər kəs onu lənətləyəcək, ağır ifadələrlə təhqir edəcək. Ona görə məsləhət görürəm ki, üzr istəsin və bununla da məsələ yekunlaşsın”, – deyə Ü.Cəfərli qeyd edib.

Qeyd edək ki, psixoloq Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimovla bağlı paylaşımı sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub. O, qeyri-döyüş şəraitində vətəni, yaxınlarını, öz canını itirmək təhlükəsi olmadan düşməni belə olsa öldürməyin qəddarlıq olduğunu vurğulayıb.

 

basta2.com