Tofiq Ələkbərov-60

Müsavat Partiyasının başqanı Arif Hacılı Tofiq Ələkbərovu 60 yaşının tamam olması münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir.

Hörmətli Tofiq bəy!

Sizi doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, işlərinizdə uğurlar arzulayıram.

Siz ilk gündən Milli Azadlıq Hərakatına qoşulmuş, Azərbaycanın istiqlalı və azadlığı, uğrunda gedən mübarizənin ən fəal iştirakçılarından, regional liderlərindən biri olmusunuz.

Xalq Hərakatı zamanı AXC-nın Yevlax rayon şöbəsinin yaradıcılarından biri olaraq siyasi fəaliyyətinizdə və özəl həyatınızda vicdanlılıq, cəsarət, vətənpərvərlik, səmimiyyət, fədakarlıq, və ziyalılıq nümunəsi göstərmisiniz.

Sonrakı illərdə Müsavat Partiyasına qoşularaq partiyanın Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu, azad seçki və digər azadlıqların təmin olunması uğrunda apardığı mübarizədə fəal iştirak etmisiniz.

Siz Müsavat Partiyası Yevlax rayon təşkilatının öncüllərindən olaraq rayon təşkilatının və partiyanın güclənməsində qərarlarının icrasında, Müsavat ideologiyasının təbliğində, sıralarımızın artırılması, fəaliyyətimizin genişləndirilməsi üçün ciddi işlər görmüsünüz. Belə fəaliyyətiniz bu gün də davam edir.

Çalışdığınız hər sahədə işinizə vicdanlı münasibətiniz, eyni zamanda fəal həyat mövqeyiniz cəmiyyətdə və Sizi tanıyanlar arasında Sizə böyük nüfuz qazandırıb.

Əminəm ki, yaxınlarınız və Sizi tanıyan hər kəs, Sizinlə daim qürur duyacaq.

Hörmətli Tofiq bəy!

Sizi bir daha doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə və apardığınız bu şərəfli mübarizədə uğurlar arzulayıram.

 

basta2.com