“Məhkəmələr Əbülfəz Sadıqbəyliyə qarşı siyasi sifarişi yerinə yetirməklə məşğuldur”

Bu gün, dekabrın 17-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.  Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı qərarların icrası və  görülən işlər barədə  məlumat verib. 

İclasda Müsavat Partiyasının IX Qurultayına hazırlığın gedişatı müzakirə edilib. Rayon, şəhər təşkilatlarında keçirilmiş hesabat-seçki konfransları və ümumi yığıncaqlar haqqında məlumat verilib. Növbəti yığıncaqların təşkili haqqında müvafiq təlimatlar və tapşırıqlar verilib. 

Bu gün Bakı Apellyasiya Məhkəməsinin Müsavat Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli barəsində ilkin məhkəmə instansiyasının həbs qətimkan tədbiri haqqında  qərarının qüvvədə saxlanması kəskin tənqid edilib. Bir daha qeyd edilib ki, Əbülfəz Sadıqbəylinin həbsi siyasi sifarişdir və məhkəmələr həmin sifarişi yerinə yetirməklə məşğuldur. 

Gündəliyin ictimai-siyasi vəziyətə dair bölümündə ölkədə və dünyada baş verən hadisələr müzakirə edilib.

basta2.com