Akif Məmmədov – 60

Müsavat Partiyasının başqanı Arif Hacılı Akif Məmmədovu 60 yaşının tamam olması münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

Hörmətli Akif bəy!

Sizi doğum günü münasibəti ilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, işlərinizdə uğurlar arzulayıram.

Siz 1988-ci ildə başlayan milli-azadlıq mübarizəsinin fəal iştirakçılarındansınız. Sonrakı illərdə Müsavat Partiyasına qoşularaq partiyanın tapşırıq və qərarlarının icrasında, Müsavat ideologiyasının təbliğində və fəaliyyətinin genişləndirilməsində ciddi işlər görmüsünüz.

Siz uzun müddət partiyanın Cəlilabad rayon təşkilatının özək sədri kimi təşkilatın idarə olunmasında bacarıq və gücünüzü sərf etmisiniz. Partiyanın bütün kütləvi tədbirlərinin mütəmadi iştirakçısısınız.

Siz partiyanın iştirak etdiyi bütün seçkilərdə saxtakarlıqların qarşısının alınmasında mübarizlik göstərmisiniz və sonrakı proseslərdə üzləşdiyiniz repressiyalar zamanı nümayiş etdirdiyiniz cəsarət və əqidəyə sədaqətiniz xüsusi ilə təqdirəlayiqdir.

Bu proseslər zamanı rejimin təqib və təzyiqləri Sizin mübarizə əzminizi qırmayıb. Fəal həyat mövqeyiniz, işgüzarlığınız, prinsipiallığınız, səmimiyyətiniz və təvəzökarlığınız partiyadaşlarınız və Sizi tanıyanlar arasında Sizə böyük nüfuz qazandırıb.

Hörmətli, Akif bəy!

Sizi bir daha 60 llik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, apardığımız bu şərəfli mübarizədə uğurlar arzulayıram.

 

basta2.com