Bakıda atəşfəşanlıq olacaq

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 31-i Bakıda atəşfəşanlıq təşkil olunacaq.

Bunu AZƏRTAC-a Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər.

İcra Hakimiyyətindən verilən məlumata görə, bayram şənlikləri münasibətilə Azadlıq meydanında şəhərin ən böyük yolkası quraşdırılıb. Eyni zamanda, Dənizkənarı Milli Parkın ərazisi və digər parklar bəzədilib, yolkalar qurulub. Oradakı ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributların və simvollarınin, nağıl qəhrəmanları fiqurlarının quraşdırılması işləri həyata keçirilib.