“Nərgiz” mükafatının təqdim olunacağı gün bəlli oldu

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Müsavatın mətbuat xidmətindən “Basta”ya verilən məlumata göeə yığıncaqda əvvəlcə Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı qərarların icrası və görülən işlər barədə məlumatı dinlənilib.

Daha sonra Divan üzvü Elman Fəttah Müsavat Partiyasının Masallı rayon təşkilatında keçirilən hesabat-seçki yığıncağı, təşkilatın sədrinin, sərbəst Şura və NTK üzvlərinin eləcə də partiyanın növbəti qurultayına nümayəndələrin seçilməsi barədə məlumat verib. Partiyanın Biləsuvar rayon təşkilatında keçirilən konfrans və qurultay nümayəndələrinin seçilməsi barədə məlumat verilib.

Divanda 29 dekabr, saat 15:00-da Müsavat Partiyasının Mərkəzi Qərargahında “Nərgiz” mükafatının təqdimat mərasimi keçirilməsi barədə qərar qəbul edilib.

Yığıncaqda ölkədə və dünyada baş verən prosislər haqda fikir mübadiləsi aparılıb. Sonda cari məsələlərə baxılıb.

 

basta2.com