Sunamidə ölənlərin sayı 429-a çatıb

İndoneziyada sunamidə ölənlərin sayı 429 nəfərə çatıb, 1400-dən çox adam xəsarət alıb. Azı 128 nəfərin itkin düşdüyü bildirilir.

***

İndoneziyada xilasediciləri dekabrın 22-də böyük bir ehtimalla vulkan püskürməsi nəticəsində yaranmış sunamidən sağ çıxa biləcək insanların axtarışını davam etdirirlər. Rəsmi rəqəmlərə görə təsdiq olunmuş ölü sayı 373 nəfərə yüksəlib.

İndoneziya təbii fəlakət nəticələrinin aradan qaldırılması agentliyi dekabrın 24-də bildirib ki, qurbanların sayını göstərən rəqəmin artacağı gözlənilir. Fəlakət zamanı 1400 nəfərin xəsarət aldığı xəbər verilir.

Agentliyin sözçüsü Sutopo Purwo Nugroho deyib ki, bəzi qurbanların hələ də xarabalıqların altında sağ ola biləcəyi güman edilir.

***

Dekabrın 22-də İndoneziyada sunamidə ölənlərin sayı 281-ə çatıb. Xilasetmə işləri davam edir.

Ekspertlərin dekabrın 24-də bildirməsinə görə, ölü sayının artacağı gözlənir. Hadisə zamanı 1000-dən çox adam yaralanıb.

“Qurbanların sayının, zərərin miqyasının artacağı gözlənir”, – təbii fəlakət agentliyinin sözçüsü Sutopo Purwo Nugroho deyib.

Leysan yağışlar xilasetmə işlərini əngəlləyir, azı 50 nəfərin də itkin düşdüyü bildirilir.

Sumatra adasının cənubunda və Cavanın qərb ucqarında nəhəng sunami dalğası yüzlərlə evi, oteli, digər binaları yuyub aparıb.

Hadisə yeri
Hadisə yeri

Nugroho sunami nəticəsində 11 min 600-dən çox adamın evindən didərgin düşdüyünü deyib. Ekspertlərin fikrincə, sunami Anak Krakatau vulkanının Cava və Sumatra arasındakı Sunda körfəzində yaratdığı sualtı torpaq sürüşməsi nəticəsində baş verib.

Ordu və polis dağıntılar altında axtarış aparır”, – təbii fəlakət agentliyinin rəsmisi Dody Ruswandi deyib.

Rəsmilərin sözlərinə görə, xilasetmə işlərinin azı bir həftə çəkəcəyi gözlənir.

***

İndoneziyada sunami nəticəsində 200 nəfərdən çox adam ölüb.

AP agentliyi xəbər verir ki, ilkin ehtimallara görə, sunamiyə səbəb vulkan püsgürməsi olub.

Bundan başqa 30-a yaxın adam itkin düşüb, 800-dən çox adam xəsarət alıb.

Bu barədə ölkənin fövqəladə hallar üzrə xidməti məlumat verir.

Vulkan Anak Krakatau adasında,Sunda körfəzində püskürüb.

Mütəxəssislər hesab edirlər ki, püskürməyə, məhz yeraltı təkanlar səbəb olub.

Nəticədə Sumatra və Yava adalarında sunami baş verib.

Turizm zonalarına də ziyan dəyib.

Məlumata görə, “Seventeen” musiqi qrupunun bir neçə iştirakçısı da həlak olanlar arasındadır.

Qrup həmin vaxt çimərlikdə konsert verirmiş və bu vaxt sunamu baş verib.

Xilasedicilər, təbii fəlakət zonalarının hamısına hələ ki, çatmayıblar.

Bu il-2018-ci ilin sentyabrında İndoneziyanın Sulavesti adasında baş verən sunami nəticəsində 2500-dən çox adam öldü.

Həmin sunami, 2004-cü il dekabrın 26-da baş verən faciənin ildönümünə bir neçə gün qalmış baş verdi.

Həmin vaxt zəlzələ nəticəsində baş verən nəhəng sunami, İndoneziya da daxil olmaqla bir sıra ölkələrdə 230 mindən çox adamın ölümünə səbəb oldu.

 

Azadlıq Radiosu