Mehman Hüseynov müddətsiz aclıq elan etdi

Dünən yeni ittiham irəli sürülmüş bloger Mehman Hüseynov 10 günlük karserə salınıb. Ona qarşı yeni işin saxtalaşdırılmasına etiraz əlamət olaraq Hüseynov müddətsiz aclıq elan edib.

Bu barədə Turan-a Repartyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) icraçı direktoru Emin Hüseynov bildirib.

“Bu gün Mehman evə zəng edib və karserə salındığını, təzyiqə məruz qaldığını deyib. Söhbət bir dəqiqədən az çəkib, o, Penitensiar Xidmətin onun cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməsi haqqında məlumatının yalan olduğunu deyib. Cinayət işi hələlik fakt üzrə açılıb – Mehmana ittiham irəli sürülməyib. Mehman vəkilləri ilə görüş tələb edir. Amma onun yanına vəkil buraxılmır. Mehman istintaq tədbirlərində iştirakdan və ifadə yeni cinayət işinin saxtalaşdırılmasına, ona qarşı təzyiqə və yanına vəkil buraxılmamasına etiraz əlaməti olaraq verməkdən imtina edib”, deyə E.Hüseynov bildirib.

Onun sözlərinə görə, vəkil Şəhla Hümbətovanın nə dekabrın 26-da, nə bu gün Mehman Əliyevlə əlaqə saxlamasına və görüşməsinə icazə verməyiblər.

O, Turan-ın müxbiri ilə söhbətində bildirib ki, bu gün bir neçə saat 14 saylı cəzaçəkmə müəssisəsində gözləyib, amma ona müvəkkili ilə görüş verməyiblər.

“Gah deyiblər ki, o, karserə salınıb, gah deyiblər “yuxarıdan” xüsusi icazə olmalıdır, gah deyiblər ki, müstəntiq gəlməlidir”, deyə Hümbətova bildirib.

O qeyd edib ki, vəkil istənilən halda müvəkkilinə baş çəkmək hüququna malikdir.

“Məni Mehman Hüseynovun yanına buraxmadıqları halda, onu telefon danışığı üçün gətiriblər və o evə bildirib ki, vəkillə görüş tələb edir”, deyə Hümbətova bildirib.

Mehman Hüseynov 2017-ci ilin martında həbs edilib və Nəsimi Rayon polis rəisinin qaldırdığı böhtan iddiası ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Dünən ona qarşı yeni cəzaçəkmə müəssisəsinin əməkdaşını döymək ittihamı irəli sürüblər.

Hüquq müdafiəçiləri Hüseynovun yüksək vəzifəli şəxslər arasında korrupsiyanı ifşa etdiyinə, habelə hakimiyyəti tənqid etdiyinə görə təqib edildiyi qənaətindədirlər.

 

basta2.com