Bakı-Gəncə marşrutu üzrə sürət qatarı işə salınır – 1 bilet 100 manat…

Dekabrın 30-dan Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start veriləcək.

Bu haqda Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin məlumatında bildirilir.

“Stadler” şirkətinin istehsalı olan qatar 159 kilometr/saat sürətlə hərəkət edəcək. Sərnişinlər VIP və biznes sinif vaqonlardan istifadə edə biləcək. Hər bir vaqon kiçik mətbəx, soyuducu və simsiz internetlə təchiz olunub.

Bildirilir ki, qatara birinci klas biletlərin qiyməti 100 manat olacaq.

 

basta2.com