Cəfər Cəfərli-60

Müsavat Partiyasının başqanı Arif Hacılı Biləsuvar rayon təşkilatının sədr müavini Cəfər Səfərlini 60 yaşının tamam olması münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

Hörmətli Cəfər bəy!

Sizi 60 yaşlnızın tamam olması münasibəti ilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, işlərinizdə uğurlar arzulayıram. Siz Azərbaycan Milli Azadlıq Hərəkatının ilk günlərindən ölkəmizin müstəqilliyi və azadlığı uğrunda mübarizəyə qoşulmusunuz.

Sonrakı illərdə Müsavat Partiyası Biləsuvar rayon bərpa bürosunun üzvü, şura üzvü və sədri olaraq partiyanın tapşırıq və qərarlarının icrasında, Müsavat ideologiyasının təbliğində və fəaliyyətinin genişləndirilməsində ciddi işlər görmüsünüz.

Siz bu gün də Biləsuvar rayon təşkilatının sədr müavini kimi təşkilatın idarə olunmasında, partiyanın fəaliyyətinin güclənməsin də böyük fədakarlıq göstərirsiniz.

Siz partiyanın iştirak etdiyi bütün seçki kampaniyalarında, siyasi aksiyalarda mübarizlik göstərmisiniz. Fəal həyat mövqeyiniz, işgüzarlığınız, prinsipiallığınız, səmimiyyətiniz partiyadaşlarınız və Sizi tanıyanlar arasında Sizə böyük nüfuz qazandırıb.

Əminəm ki, dostlarınız, yaxınlarınız, Sizi tanıyanlar Sizə görə daim qurur duyacaqlar.

Hörmətli, Cəfər bəy!

Sizi bir daha 60 yaşınızın tamam olması münasibətilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, apardığımız bu şərəfli mübarizədə uğurlar arzulayıram.

 

basta2.com