MSDM “Bötövləşən dünyada Azərbaycan” mövzusunda tədbir keçirdi

Bu gün Milli Strateji Düşüncə Mərkəzi “Bütövləşən dünyada Azərbaycan ” mövzusunda tədbir keçirilib.

Müsavat Partiyasının qərargahında baş tutan tədbirdə MSDM-in sədri İsa Qəmbər, Milli Şuranın sədri Cəmil Həsənli, MSDM-in üzvləri Mehriban Vəzir, Vaqif Hacıbəyli, Arzu Səmədbəyli, fəlsəfə elməri doktoru Aydın Əlizadə, professor Almaz Əliqızı,  Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, başqan müavini Səxavət Soltanlı, Məclis sədri Nüşabə Sadıxlı,  Divan üzvü Nemət Kərimli, partiya sədrləri Rafiq Turabxanoğlu, Mirfazil Həmid və digərləri iştirak ediblər.

Tədbirdə Azərbaycanın köklü problemləri və qarşıdan gələn dövrdə dövlətimizin, xalqımızın və cəmiyyətimizin qarşısında duran vəzifələr müzakirə edilib. 


 

basta2.com