Putin həbsdə olan Koçaryanı təbrik edib

Paşinyan Putinə: ”Təəssüf edirəm ki, sizin belə dostlarınız var”

Rusiya prezidenti Vladimir Putin hazırda həbsdə olan Ermənistanın keçmiş prezidenti Robert Koçaryanı yeni il münasibətilə təbrik edib.

Rusiya mətbuatının məlumatına görə, təbrikində Putin Koçaryana can sağlığı, möhkəm olmağı və ruh yüksəkliyi arzu edib. 

Təbrik Putinin hazırda Ermənistanın Baş naziri vəzifələrini icra edən Nikol Paşinyanla görüşündən sonra göndərilib.

R.Koçaryan dekabrın 7-də həbs edilib. O, ölkədə konstitusion quruluşun dəyişdirilməsində ittiham edilir. Cinayət işi 2008-ci ilin mart hadisələri ilə bağlıdır.

Həmin zaman Koçaryan prezident qismində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın etiraz aksiyalarına çıxan tərəfdarlarının dağıdılması üçün ölkədə fövqəladə vəziyyət rejimi elan edib. Qarşıdurma nəticəsində 10 nəfər ölüb.

“İnfoteka24” saytının məlumatına görə, Paşinyanla görüşlərin birində Putin Koçaryanın azad edilməsi məsələsini qaldırıb və son arqument kimi onların dostluq etdiklərini bildirib.
Buna cavab olaraq Paşinyan “təəssüf edirəm ki, sizin belə dostlarınız var”, deyib.

 

Meydan Tv