Norveç İnsaq Haqları təşkilatından Mehmana azadlıq tələbi

Norveçin İnsan Haqları təşkilatının direktoru və Şərqi Avropa və Cənubi Qafqaz üzrə təmsilçisi Ane Tusvik Bonde Mehman Hüseynova dəstəyini bildirib.

O, özünün tvitter səhifəsində əlində Mehmanın portretini tutaraq paylaşım edib.

Ane Tusvik paylaşımına Azərbaycan prezidenti İlham Əliyevin tvitter səhifəsini tag edərək Mehmana azadlıq tələb edib. 

Qeyd edək ki, həbsdəki bloger Mehman Hüseynova cəza müddətinin başa çatmasına 2 ay qalmış yeni ittiham irəli sürülüb. O, bu ittihamın əsassız olduğunu bildirib, şərlənməsinə etiraz olaraq artıq 11-ci gündür ki, aclıq aksiyası keçirir.

 

Könül Alı

basta2.com